BAŞ REDAKTORDAN

2009-cu ilin may ayından “Bizim Söz” adlı ədəbi-publisistik qəzetin nəşrinə başladıq. Heç bir maaliyyəsiz və maddi-texniki bazasız. İlk sayımızı nəşr edəndə də bilmirdik ki, qəzetmiz nə qədər yaşayacaq, neçə sayımız çapdan çıxacaq, bu gün də dəqiq bilmirik, çünki yenə də heç bir maaliyyə mənbəyimiz və maddi-texniki bazamız, ofisimiz-filanımız yoxdur. “Bizim Söz”ün ofisi intenet klublardır, dostlarımızın çalışdıqları iş yerləridir, ciblərimizdəki “fləş-kart”lardır. Və ondan da əmin deyilik ki, bu bizim son sayımız deyil. Hər nömrəmizi dişimizlə, dırnağımızla, böyük çətinlikləri dəf edərək çıxardırıq. Bircə üstünlüyümüz var: biz bu işi sevə-sevə görürük. Birtəhər gəlib bir yaşımıza çıxdıq. Elə bu münasibətlə də qələmə aldığım yazıda daha problemlərimizdən danışmaq istəmirəm. Onsuz da danışsam belə sorunumuz sorun olaraq qalır. Sadəcə, bu məqamda oxucuya bir səslənişim var: əziz oxucu, bizim qəzetin – sənin qəzetinin heç bir yerdən dəstəyi, köməyi yoxdur. Biz müstəqilliyimizi qorumaq üçün bu yolu seçmişik. Bizim olanımız uca Tanrımız və sənsən. “Bizim Söz”ün sayğılı oxucusu, bu durumda sənin bizə köməyin ondan ibarət olar ki, sən hər dəfə qəzet köşkündən 1 deyil, 2, 3 “Bizim Söz” alırsan və onu ədəbiyyatsevərlərə hədiyyə edirsən. İnan ki, bircə qəzetimizin də artıq alınmasının bizim üçün önəmi var.

Qəzetin baş yazarı olaraq (həm də fəhləsi, korrektoru, müxbiri, satış müdiri, təbliğatçısı və s. və i.) bu bir ildə sözə dəyər verərək bizimlə əməkdaşlıq edən ziyalılarımıza, qələm adamlarına, oxuculara sonsuz minnətdarlığımı bildirirəm. Bu müddət ərzində mənim fikrimcə (sevindirici haldır ki, bu yalnız mənim fikrim deyil), qəzetimiz böyük bir yol keçdi. İlk sayımızdan milli dəyərlərimizin, dəyərli ədəbiyyatımızın, dövlətimizin mədəniyyət siyasətinin, bütün nəsillərdən və bütün çevrələrdən olan yazarlarımızın təbliği ilə məşğul olmuşuq, bu gün də eyni yoldayıq. Okumaya devam et

Reklamlar

Rəşad Nuri Güntəkin – Quş yemi (hekayə)

Bəyazid qəhvəxanalarından birində əyləşib bir yoldaşımı gözləyirdim. Qəhvəxanada   adamların sayı çox deyildi. İki–üç adam sönmüş sobanın yanında asta səslə danışır, burnunda eynəyi, əlində bir qəzet tutan yaşlı bir adam isə mürgüləyirdi. Birdən gözüm qəhvəxananın ortasında dayanmış köhnə, ipək çarşablı bir qadına sataşdı. Qadının yanında təxminən altı yaşlarında olan bir oğlan uşağı, uşağın əlində də bir qəfəs var idi. Bu qadında uzun illər boyu qızı və kürəkəni ilə Anadoluda dolaşmış təmiz bir İstanbul xanımı tipi vardı. Qəhvəçiyə yavaş səslə bəzi şeylər deyir, balacanın əlindəki quş qəfəsini göstərirdi. Qəhvəçi qəzetin üstündə mürgü vuran yaşlıya doğru çevrilib səsləndi:

– Abidin əfəndi! Sən quş həvəskarısan… ucuz bir quş var… almaq istəyərsənmi?

Yaşlı adam quş sözünü eşidən kimi gözlərini açdı, uşağı yanına çağıraraq qəfəsi əlinə aldı, sanki hər şeydən başı çıxan bir mütəxəssismiş kimi dodaqlarını büzərək:

– Yaramır, dedi.

Nənə kədərli bir baxışla ixtiyar adamı süzdü:

– Satmaq fikrimiz yox idi… amma  təqaüdü  ala bilmədik.

– Hamımız o vəziyyətdəyik. Quşa “yaramır” dedim. Amma yarasa da, almaq üçün pul hardandır?

Okumaya devam et

AYXAN Ədəbiyyat portallarının müsbət və mənfi tərəfləri

Müasir dövrdə bir çox ölkələrin ədəbiyyatının inkişafında mühüm rol oynayan vasitələrdən biri portallardır. Portalların vasitəsi ilə dövrün mükəmməl əsərləri virtual oxucuların xidmətinə verilir. Ədəbiyyat portalının bir böyük uğuru da ondadır ki, ölkənin ədəbiyyat incilərini dünyanın hər bir nöqtəsində oxumaq mümkündür. Zamanın tələbinə hər tərəfli cavab verən portalların ədəbiyyat nümunələrinin yerləşdirilib qorunmasında və gələcək nəsillərə ötürülməsində böyük xidməti var. Hal-hazırda kitabların yerini də məhz portallarda yerləşdirilən elektron-kitablar əvəz edir.

Bəs, Azərbaycanda ədəbiyyat portallarının vəziyyəti nə yerdədir?

Bu gün Azərbaycanda kifayət qədər maraqlı ədəbiyyat portalları var ki, onlar məhz dövrün tələblərinə cavab verə bilirlər. Ancaq məsələ bir-iki portalla bitmir. Bunu inkişaf etdirmək, gələcəkdə də bu yolda irəliləmək lazımdır.

Kultaz.com, adyazar.az, lit.az kimi portallar çoxdandır ki, virtual oxucuların marağına səbəb olmuşdur. İstərdim ki, bir az bu portallar haqda qısa məlumat verim.

Gəlin, Kultaz.com portalındakı vəziyyətlə tanış olaq.

Okumaya devam et

Əsəd Cahangir: “Ədəbi mühitdə qeyri-sabit, əlverişsiz hava şəraiti hökm sürəcək…”

Qəzetimizin redaktoru Əvəz Qurbanlı tanınmış tənqidçi Əsəd Cahangirdəm Milli.Az saytı üçün müsahibə alıb. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik

“Ədəbi mühitdə qeyri-sabit, əlverişsiz hava şəraiti hökm sürəcək…”

Əd Cahangir: “tbuatda tez-tez nmə çalışmaq, internet saytlarında bir-biri haqqında rifli, yaxud hqiramiz ylər deməklə, əbiyyat yaratmaq olmaz”

– Azərbaycan ədəbi tənqidinin bu günündən razısınızmı?

– Adətən tənqidçilərə bu sual veriləndə öz peşələri olduğu üçün birmənalı şəkildə müsbət cavab verirlər. Amma mənə elə gəlir ki, əsl tənqidçi özünə bu və ya digər şəkildə dəxli olan suala da obyektiv cavab verməlidir. Nəinki razı deyiləm, hətta mənə elə gəlir ki, bu gün Azərbaycanda ədəbi tənqid yox səviyyəsindədir. Bunu xüsusilə o zaman hiss etdim ki, son illər özüm yazdığım, özü də kifayət qədər böyük həcmli iki poemaya hər hansı tənqidçi ciddi münasibət bildirmədi. Sanki bu poemalar yazılmamışdı. Bundan sonra mən şairləri və yazıçıları daha yaxşı başa düşməyə başladım və bu qərara gəldim ki, doğrudan da Azərbaycanda ədəbi tənqid yoxdur.

– 2009-cu ilin yekunlarına görə, “İlin tənqidçisi” nominasiyasının qalibi olmusunuz, bu barədə nə deyərdiniz?

Okumaya devam et

Üzeyir bəy Hacıbəyli Qəzet oxuyan

Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman bütün aləmin əhval və övzaından xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqeələri bilir. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.

Qəzet oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütünlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətlərdən xəbərdar olur. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.

Okumaya devam et

Dərd əli ağaclı döyübdü məni…

Ağrılı çəkdiyim, dərdli çəkdiyim,

Bu boyda Bakıda dərddi çəkdiyim.

Mənim azadlıqda şərti çəkdiyim

Cəzanın adını çəkənlər bilər.

Bu misralar çağdaş ədbiyyatımızın istedadlı nümayəndəsi Əbülfət Mədətoğlunundur. Mən bu misraların səmimiyyətlə deyildiyini və yalnız qələmlə deyil, həm də bir şairin ürəyinin qanı ilə yazıldığını yaxşı bilirəm.

Okumaya devam et

Dayandur Sevgin: “Bizim nəsildən olan tənqidçilər bizdən yazmadılar”

“Bizim Söz”ün sualların şair Dayandur Sevgin cavablandırır.

“80-ci illər nəslini bəxti gətirməyən nəsil hesab etmək olar”

– Dayandur müəllim, siz “Kaspi” qəzetində ədəbiyyat səhifəsi hazırlayırdınız. Bu fəaliyyətiniz davam edirmi?

– Bəli, artıq bir neçə ildir ki, mən o səhifələri hazırlayıb ədəbiyyatsevərlərə təqdim edirəm. Əvvəllər həftədə bir dəfə ədəbiyyat səhifəsi buraxırdıq, indi isə həftədə 3 dəfə oxucuların görüşünə gəlirik. Bu səhifələrdə Azərbaycan, eləcə də dünya ədəbiyyatından nümunələr dərc olunur. Bizim bu fəaliyyətimiz oxucular tərəfindən maraqla qarşılanır və demək olar ki, Azərbaycanın hər yerindən bu səhifələrlə bağlı mənə məktiublar gəlir.

Okumaya devam et

Reklamlar